Cavan ölsəm, ellər məni ağlasa... Ülvi Bünyadzadənin şeirləri | Icma.az
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır. Kulis.az şair, publisist, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin şeirlərini təqdim ed
VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK (sinif yoldaşlarıma) Biz öz ömür sazımızda “Dilqəmi”ni bilməliyik. Leylimizin ürəyini Məcnun kimi sevməliyik.
Bisütunu biz də yaraq, Çənsiz Çənlibellər quraq. Sazımızda ağlayaraq, Biz həyatda gülməliyik. Döyüşlərdə yoğrulmuşuq, Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik! MƏN QORXMURAM UZAQ YOLA ÇIXMAQDAN Mən qorxmuram uzaq yola çıxmaqdan, Bu yolun, şaxtasından, soy
Mən qorxmuram uzaq yola çıxmaqdan, Bu yolun, acısından, ağrısından, «Ölüm» adlı yuxusundan mən qorxmuram.
Yollar saysız, Yollar sonsuz, Yollar ötür, Dünənimdən, bu günümdən, sabahımdan ötür keçir.
Mən qorxmuram uzaq yola çıxmaqdan, Çünki, dünyadakı bütün yollar, Anamın təndir evinin qabağından ötür keçir.
1989 *** Sən mənim adıma rast gəlməyibsən. Adsız uyuyuram bu qərib yerdə. Sənə deməyəcəyəm heç adımı da. Məni diri bilib, Gözləyir anam.
Tam oxu
Xəbəri oxu