Cavanlaşdırıcı yapon maskası

15.11.2024

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yapon qadınlar hər zaman gözəl dəri və saçları ilə fərqlənirlər. Onların digər heyrətamiz xüsusiyyəti öz yaşından daha cavan görünməkdir.

Bunun səbəblərindən biri bu ölkənin qadınlarının ev şəraitində hazırlanan kosmetik maskalardan tez-tez istifadə etməsidir.

Saglamolun.az belə maskalardan birini sizə təqdim edir. Bu maska dərini nəmləndirir və cavanlaşdırır.

Yarım stəkan yulaf yarması lopalarını ("herkules") üyüdün və ilıq südlə qarışdırın. (Qatı sıyıq kimi alınmalıdır.) Maskanı axşam yatmazdan qabaq təmiz üz dərisinə çəkib 20 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью