Cavanlıq və sağlamlıq bəxş edən MÖCÜZƏVİ MEYVƏ | Icma.az
Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. İnnab qədim zamanlardan müalicəvi bitki kimi istifadə olunur.
Faydalı xüsusiyyətlərə görə innabı xurma ilə müqayisə edirlər. Onun digər adı "çin xurması"dır.
Çinlilər innabı "cavalıq və sağlamlıq bəxş edən meyvə" adlandırırlar.
Çin təbibləri sübut edir ki, müalicəvi xüsusiyyətlərə görə innab yalnız jenşendən geri qalır.
Bu bitkinin bütün hissələri (meyvəsi, yarpaqları, ağacın qabığı, kökü) müalicə məqsədlərlə istifadə olunur.
Belə ki, yarpaqlar ağrıları azaldır. Diş və ya baş ağrısı zamanı innabın yarpağını çeynəmək ağrıları tez bir zamanda azaldır.
Qabığın dəmləməsi ishaldan xilas edir. İnnab bir çox vacib vitaminlərlə zəngindir. Onun tərkibində C, PP, A, E, B qrupu vitaminləri var.
Bundan əlavə innab mis, dəmir, kalium, maqnezium, fosfor, kalsium və s.
Tam oxu
Xəbəri oxu