Cavanşir Feyziyev: “Dövlət dili ifadəsi düzgün deyil”

08.12.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

“Dövlət dili ifadəsi düzgün ifadə deyil. Azərbaycan dövləti və Azərbaycan dili var. Azərbaycan dilinin dövlət dili ifadəsi işlədiriksə, o zaman rəsmi üslübdan söhbət gedir. Azərbaycan dilinin rəsmi üslubunun inkişaf strategiyasından biz danışmalıyıq”. 
Bizim.Media xəbər verir ki, bunu deputat Cavanşir Feyziyev parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.
“Dil birdir, bunun dövlət və qeyri-dövlət dilinə bölünməsinə heç bir nəzəriyyədə rast gəlməmişəm.
Dövlət dili ifadəsi o zaman işlənə bilər ki, hansısa imperiya aslılığında olan ölkə və hansı dil olması şübhə doğurur. Bütün müstəqil dövlətlərdə milli dilin adı var. Amma dövlət dili anlayışı yoxdur”, - deyə deputat vurğulayıb.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью