Icma.az bildirir, Axsham.az portalına istinadən.
Aparıcı Cavid Gülün qızı Safiyaya ad günü edib.
Axşam.az xəbər verir ki, aparıcı övladının özəl günü münasibətilə obyektiv qarşısına keçib. Həmin görüntüləri Cavidin həyat yoldaşı Nərgiz sosial şəbəkə hesabında paylaşaraq bunları yazıb:
“4 il əvvəl həyatımın ən gözəl “yaxşı ki”si gəldi. O gündən sonra heç nə əvvəlki kimi olmadı. Evimin səsi, ürəyimin ən həssas yeri, ən böyük sevgim oldun. İndi 4 yaşın var. Mən isə hələ də səni ilk dəfə qucağıma aldığım günkü kimi heyranam sənə.
Allah səni qorusun, mənim balaca qızım. Həmişə üzün gülsün. 4 yaşın mübarək, Safim”.