Cavid Gül “Space”dən çıxarıldı!

03.06.2026

Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

Aparıcı Cavid Gül illərdir çalışdığı “Space”lə yollarını ayırıb.

OLAY-ın əldə etdiyi məlumata görə, Cavid “Space” Radio-dakı rəsmi işindən çıxarılıb.

Bundan əlavə, ixtisarların davam etdiyi kanalda 4 operator və 25 ildir əməkdaşları olan səs rejissoru da vəzifəsindən azad edilib.

Qeyd edək ki, kanalda maaşla bağlı problemlərim olması haqda xəbərlər yayılır. Bu barədə aparıcı Könül Muxtarova da açıqlama verib. O, kanaldan 3 aydır maaş ala bilmədiyi üçün işdən ayrıldığını söyləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью