Cavid Hüseynov: Çalışacağıq ki, “Araz Naxçıvan”la uğur qazanaq

16.06.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 iyun, AZƏRTAC

Belə bir məsuliyyətli işi mənə həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Cavid Hüseynov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Naxçıvan təmsilçisinin Premyer Liqaya rəng qatdığını bildirib:”Hər mövsüm iddiası ilə seçilir. Biz də çalışacağıq ki, bu komanda ilə uğur qazanaq. Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. Məsuliyyətimizi anlayırıq. Təbii ki, asan olmayacaq. Heyətin formalaşdırılması üçün transfer çalışmalarını davam etdiririk. Bəyəndiyimiz futbolçuların keçidi üçün danışıqlar aparılır. Rəsmi razılaşma olduqca, klub tərəfindən açıqlama veriləcək”

Qeyd edək ki, “Araz-Naxçıvan” Cavid Hüseynovla 1 illik müqavilə imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью