Cavid Hüseynov: “Fasilədən sonra tam fərqli “Səbail” görəcəyik”

21.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XVIII turunun “Səbail” – “Zirə” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib…

– Oyunun gərgin keçəcəyini əvvəlcədən bilirdik. Sonuncu pillədə olmağımızın üzərimizdəki təzyiqinə baxmayaraq, həftəboyu yaxşı hazırlaşmışdıq və rəqibimizi də yaxşı analiz etmişdik. Məğlub olduqdan sonra nəsə demək çətindir. Sadəcə olaraq rəqibə 1 şans verdik. Onlar da bunu dəyərləndirdi. Ani diqqətsizlik ucbatından qapımızda qol gördük.

– Sizcə, bu qədər məğlubiyyətlərin səbəbi nədir?

– Bunun bir çox səbəbi var. Artıq bir neçə turdur ki, bu səbəblər haqda danışırıq. Daha bunları yenə sadalamağım yersiz olar. Qış təlim-məşq toplanışımız zamanı çatışmayan cəhətlərimiz üzərində çalışacayıq ki, sonuncu pillədən qurtula bilək.

– Bu nəticələrə klub rəhbərliyi necə münasibət bildirir?

– Komandanın indiki durumu bəllidir. Onsuz futbolçu sayı da yetərli deyil. Rəhbərlik də bunu başa düşür. İnşallah ki, fasilədən sonra tam fərqli “Səbail” görəcəyik.

Mirkamal

Əsas xəbərlər, Manşet, Premyer liqa Tovuzda sülh, “Zirə” qələbə qazandı

21 Dekabr 2024, 20:27

Əsas xəbərlər, Premyer liqa “Səbail” – “Zirə”: “11-lik”lər açıqlandı

21 Dekabr 2024, 17:33

Əsas xəbərlər, Manşet, Premyer liqa “Sabah” “Araz-Naxçıvan”ın seriyasına son qoydu

14 Dekabr 2024, 18:29

Əsas xəbərlər, Premyer liqa “Buzda futbol oynamaq yaxşı olmadı” – Cavid Hüseynov

14 Dekabr 2024, 16:42

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: “Neftçi”də 1-2 oyunçudan başqa özünəinamlı oynayan yoxdur”

11 Dekabr 2024, 10:15

Əsas xəbərlər, Manşet, Premyer liqa Tura baxış: lider dəyişdi, autsayder dəyişmədi

10 Dekabr 2024, 10:36

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью