Cavid Hüseynov: Komandadan heç kim göndərilməyəcək

08.01.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Marko, Mirabdulla və Nşutini transfer etmişik. İnanıram ki, bu oyunçular komandaya xeyir verəcəklər". Bu sözləri Sport24.az saytına açıqlamasında "Səbail"in baş məşqçisi Cavid Hüseynov deyib.

Baş məşqçi komandanın qış hazırlığından söz açıb: "Komandadan heç kim göndərilməyəcək. Mövsümün qalan hissəsinin hazırlığını davam etdiririk. Artıq fiziki hazırlıqlar yekunlaşıb. Qarşıda yoxlama oyunumuz var. Çalışırıq ki, hər şeyi istədiyimiz formaya çatdıraq".

Qeyd edək ki, XVIII turdan sonra aktivində 9 xal olan "Səbail" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью