Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mövsümün gedişində Şahin Diniyevin istefasından sonra “Səbail”də baş məşqçi postuna gətirilən Cavid Hüseynov da sonuncu dövrədə istefaya göndərildi.
Maraqlıdı ki, adı çəkilən mütəxəssis yenidən “Cəbrayıl”a qayıdıb. Klubun idman direktoru Şahin Məmmədova müraciət edib, Hüseynovun hansı statusla qayıtdığını öyrəndik:
“Bəli, Cavid Hüseynov “Cəbrayıl”dadı. Klubun təsisçilərindəndi, rəhbərlikdədi. Məşqçi kimi qayıtmayıb. Bizə çox kömək edir. Komandanın 1-ci liqada qalmasına da böyük kömək göstərdi. Gələn mövsüm komandada qalıb-qalmayacağını deyə bilmərəm”.
MÜZƏFFƏR QULUZADƏ