Cavid Hüseynov Premyer Liqa klubunun baş məşqçisi təyin olundu

16.06.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

“Araz-Naxçıvan” PFK-nın rəhbərliyi baş məşqçi vəzifəsinə Cavid Hüseynovu təyin edib.

Sportal.az xəbər verir ki, mütəxəssislə 1 illik müqavilə imzalanıb. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Demirspor” klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью