Cavid Hüseynov: “Qələbə qazana bilərdik”

17.02.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XXIII turunun "Səbail" - "Sabah" matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Cavid Hüseynovun mətbuat konfransı keçirilib.

"Oyunun mahiyyətini dərk edirdik. Çox istəyərdik ki, qələbə qazanaq. Vaxt azlığına görə bütün detalların üzərində işləyə bilməmişdik. Futbolçuların göstərdikləri oyun intizamına və xarakterə görə çox sevinirəm. Qələbə qazana bilərdik. Amma 1 xalla kifayətləndik. Yolumuza davam edirik. Bizi qarşıda daha da çətin oyunlar gözləyir. Çalışacağıq ki, qələbələr əldə edək".

- Bundan sonra "Səbail"in daha yaxşı oyunlarını görə biləcəyik?
- İnşallah. Sevindirici hal odur ki, futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Bu da onu göstərir ki, zamana ehtiyacımız var idi. Yavaş-yavaş səhvləri aradan qaldırırıq. Oyundan-oyuna inkişaf etməyə çalışırıq. Hər məşqçinin öz taktiki oyun planı var. Futbolçular mənim verdiyim tapşırıqları yerinə yetirmək üçün əllərindən gələni edirlər. Onlardan razıyam.

Söylə, jurnalistsən, yoxsa ultras?! “Səbail” - “Sabah”: START HEYƏTLƏR Tovuzda ardıcıl qollar - YENİLƏNİB AMADA "Böyük Dəbilqə" turnirində maarifləndirici təbliğat proqramı təşkil edib Ramin Quliyev: “Neftçi” – “Qarabağ” görüşündə heç-heçə ədalətli hesab olardı"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью