Cavid Hüseynov: “Qorxaq insan olmamışam”

23.11.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XIV turunun “Səbail” – “Qarabağ” oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– “Qarabağ”ı təbrik edirəm. Üzücü məğlubiyyət oldu. Komandanın potensialı var, istədiyimiz nəticələri yaxın vaxtda alacağıq. Heyətdə itkilərimiz var idi və oyuna hazırlaşmaq üçün vaxtımız az idi.

– Futbolçulara nə tapşırıq vermişdiniz?
– Heyət geniş olanda sistem dəyişikliyi etmək olur. Lakin bu gün futbolçuların sayına görə heyət qurduq. İkinci hissədə səhvlərə yol verdik. Komandanın fiziki durumu yaxşı deyil, qısa zamanda nəsə etməyə çalışdım.

– Qarşınıza hansı hədəf qoyulub?
– Məqsədimiz Premyer Liqada qalmaqdır. Transferlərə ehtiyacımız var. Bəzi mövqelərə oyunçu çatmır. Hücumda çətinliklərimiz var.

– Özünüzü “Səbail”ə nə dərəcə faydalı görürsünüz?
– Məşqçi karyeramda əldə etdiyim nailiyyətlər bəllidir. Qorxaq insan olmamışam. Təklif gələndə ailəmlə danışdım və qərar verdim. “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevlə 4 ay işlədim və ondan yaxşı təcrübələr qazandım. İnanıram ki, burda da yaxşı nəticələr qazanacağıq.

– “Cəbrayıl”ın təsisçisiniz. Burda işləməyiniz ordakı işlərə necə təsir edəcək?

– “Cəbrayıl”da yaxşı komanda qurulub. İndi “Səbail”dəyəm və daha çox vaxtımı bura ayırıram.

Əsas xəbərlər, Manşet, Premyer liqa “Neftçi” hesabı açdı – YENİLƏNİR

23 Noyabr 2024, 19:29

Əsas xəbərlər, Ölkə futbolu “Səbail”in futbolçusu mükafatlandırıldı

23 Noyabr 2024, 18:22

Əsas xəbərlər, Premyer liqa Hüseynovun “Qarabağ” sınağı, “Neftçi” qələbə axtarışında

22 Noyabr 2024, 12:05

Əsas xəbərlər, Manşet, PRESSinq “Səbail” Cavid Hüseynovla; hara gedirsiniz..?

13 Noyabr 2024, 10:25

Əsas xəbərlər, Ölkə futbolu “Səbail”in yeni baş məşqçisi bilindi – rəsmi

12 Noyabr 2024, 15:43

Əsas xəbərlər, Ölkə futbolu, Ümumi Cavid Hüseynov ilə yollar ayrıldı

11 Noyabr 2024, 18:11

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью