Cavid Hüseynov rəhbərliyə təqdim edəcəyi raportda nə yazıb?

28.12.2024

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Səbail"in baş məşqçisi Cavid Hüseynov sabah rəhbərliyə raport təqdim edəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, 36 yaşlı mütəxəssis sənəd də bu qış yola salınacaq futbolçuların adlarını qeyd edib.

Redaksiyamıza daxil olan bilgiyə əsasən Hüseynov minimum 3 oyunçu ilə yolların ayrılmasını istəyir. Gedənlərin əvəzinə isə hücum xəttinə 2 futbolçu dəvət olunacaq.

Qeyd edək ki, XVIII turdan sonra aktivində 9 xal olan "dənizçilər" turnir cədvəlində sonuncu, daha dəqiq desək, 10-cu pillədə qərarlaşıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью