Cavid Hüseynov Səbailin baş məşqçi postuna təyin olunub Rəsmi

13.11.2024

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Cavid Hüseynov "Səbail"in baş məşqçi postuna təyin olunub.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

C.Hüseynov noyabrın 13-də, saat 18:00-da komanda ilə ilk məşqinə çıxacaq. Məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün “ASCO Arena”da brifinq təşkil ediləcək.

Qeyd edək ki, keçmiş futbolçu son olaraq “Turan Tovuz” klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

"Araz-Naxçıvan"ın legionerinə Premyer Liqadan tələb var Tahir Süleymanov: "Həmin görüş daha geniş məna daşıyırdı" Ronaldo daha bir mükafat qazanıb İlham Əliyev Canni İnfantino ilə görüşüb “Sportinq”dən Region Liqasına - FƏRQLİ KLUBLAR, OXŞAR SONLUQLAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью