Cavid Hüseynov: “Taktiki planda işləməli olduğumuz məqamlar çoxdur”

01.09.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın baş məşqçisi Cavid Hüseynov “İmişli” ilə keçirilən yoxlama oyunundan (2:2) sonra açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandasının hazırlıq prosesi və matç haqqında fikir bildirib:

“Hər hissədə fərqli heyətlə oynadıq. Hazırlığa gec başladığımıza görə, hələ ki fiziki yükləmələr fonunda oyunlar keçiririk. Həm də hava çox isti olduğuna görə, xüsusilə birinci hissədə meydana çıxan futbolçular daha çox əziyyət çəkdilər. Taktiki planda üzərində işləməli olduğumuz məqamlar çoxdur. Bu qarşılaşmalar da əsasən ona hesablanıb. Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью