Cavid Hüseynov: Təbii ki, asan olmayacaq

16.06.2026

Icma.az, Apasport portalına istinadən məlumat verir.

"Araz-Naxçıvan"a baş məşqçi təyin olunan Cavid Hüseynov klubun mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məsuliyyətli işi ona həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edib:

"Belə bir məsuliyyətli işi mənə həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm. “Araz-Naxçıvan” Premyer Liqaya rəng qatan klublardandır. Hər mövsüm iddiası ilə seçilir. Biz də çalışacağıq ki, bu komanda ilə uğur qazanaq. Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. Məsuliyyətimizi anlayırıq. Təbii ki, asan olmayacaq. Heyətin formalaşdırılması üçün transfer çalışmalarını davam etdiririk. Bəyəndiyimiz futbolçuların keçidi üçün danışıqlar aparılır. Rəsmi razılaşma olduqca, klub tərəfindən açıqlama veriləcək".

Xatırladaq ki, "Araz-Naxçıvan" Cavid Hüseynovla 1 mövsümlük müqavilə imzalayıb.

"Şəfa"da yeni müqavilə - RƏSMİ Millimizin futbolçusunun yeni klubu bilindi: Türkiyə komandası ilə anlaşdı “Sabah”dan Mbina qərarı - RƏSMİ Millimizin rəqibləri bəlli oldu CAS “Turan Tovuz”la bağlı qərarını verdi - RƏSMİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью