Cavid Hüseynov Zirənin sabiq futbolçusunu istəyir

02.12.2024

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Səbail" transfer çalışmalarını davam etdirir. Hazırda sonuncu pillədə qərarlaşan klubun qışda heyətinə yeni oyunçular cəlb edəcəyi barədə məlumat vermişdik.

Sportal.az saytına verilən məlumata görə, Cavid Hüseynov "Şamaxı"dan yaxın günlərdə ayrılmış İlkin Muradovu sərəncamında görmək istəyir.

Artıq danışıqlara start verilib. Muradovun "Səbail"ə keçəcəyi gözlənilir. 28 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Zirə" və "Səbail" klublarının formasını geyinib. 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью