Cavid İmamverdiyev klubsuz qaldı

09.07.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ötən mövsümü 2-ci Liqa təmsilçisi "Haypers Quba"da keçirən yarımmüdafiəçi Cavid İmamverdiyev şimal təmslçisindən ayrılıb.

Bu barədə Fanat.Az-a 35 yaşlı futbolçu özü məlumat verib.

26 turda 30 qol vuraraq liqanın ikinci ən yaxşı bombardiri olan İmamverdiyev hələlik heç kimlə danışıq aparmadığını və təkliflərə açıq olduğunu bildirib.  

Qeyd edək ki, Cavid İmamverdiyev futbolçu karyerası ərzində "Haypers Quba"dan başqa, “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə), “Sumqayıt”, "Sabah", "Keşlə" və "Kəpəz"in uğurları üçün çalışıb. 

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью