Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hypers Guba” I Liqaya vəsiqə uğrunda pley-off matçında “Difai”yə uduzub – 1:3.
Futbolpress.az xəbər verir ki, Qubanı təmsil edən komanda yeni mövsümdə də II Liqada mübarizə aparacaq.
“Difai”yə məğlubiyyətdən sonra “ASCO Arena”ya gələn azarkeşlərə yaxınlaşan “Hypers Guba”nın kapitanı onlara söz verib. Təcrübəli yarımmüdafiəçi fanatlara yeni mövsümdə I Liqaya II Liqanın çempionu kimi vəsiqə qazanacaqlarını deyib.
“Hypers Guba” başa çatan mövsümdə çempionatı 4-cü sırada başa vurub.