Cavid İmamverdiyevin yeni iş yeri bilindi | Icma.az
Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mövsümün ilk yarısını "Şəki Siti"də keçirən Cavid İmamverdiyevin yeni iş yeri müəyyənləşib.
Bu barədə Fanat.Az-a Şəki təmsilçisinin baş məşqçisi Elvin Həsənov məlumat verib: "İmamverdiyevlə yollar ayrılıb.
O, karyerasını Region Liqasında mübarizə aparan "Zəngəzur"da davam etdirəcək".
Həsənov komandanın nə vaxt bir araya gələcəyini də açıqlayıb: "Bazar ertəsi yığışmağı planlaşdırırıq.
Məşqlərə harada başlayacaımız indilik dəqiqləşməyib. Bu həftə hər şeyə aydınlıq gələcək".
Qeyd edək ki, hazırda 25 xalı olan "Şəki Siti" 2-ci Liqanın turnir cədvəlində 4-cü pillədə mövqe tutub.
Nihat Abunə Ol Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu