Cavid peşəkar jurnalist deyildi, lakin... Publisistika tarixində onu fərqləndirən nə idi? …
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kulis.az Hüseyn Cavidin ev muzeyinin əməkdaşı Nübar Məmmədovanın “Hüseyn Cavid: Qələmin gücüylə danışan vicdan” yazısını təqdim edir.
Azərbaycan mətbuatı milli oyanış və maarifçilik hərəkatının əsas sütunlarından biri olub.
Xüsusilə, XIX əsrin sonları və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş “Əkinçi”, “İqbal”, “Açıq söz” kimi qəzetlər yalnız xəbər vasitələri deyil, həm də cəmiyyətin maariflənməsinə, ictimai-siyasi fikrin formalaşmasına və milli özünüdərkin inkişafına xidmət edən publisistik tribuna rolunu oynayıb.
Qeyd etmək lazımdır ki, “Əkinçi”, “İqbal”,”Açıq söz” qəzetləri Azərbaycan publisistikasının inkişafında yeni səhifə açaraq vacib məqamlara diqqət çəkməyi bacarıb: 1) Milli şüürun formalaşması: xalqın milli kimliyini dərk etməsində, azərbaycançılıq ideologiyasının yayılmasında mühüm rol oynayıb.
2) Siyasi fəallığın artırılması: cəmiyyətdə siyasi proseslərə marağın artmasına,insanların ictimai hadisələrə daha fəal münasibət bildirməsinə təkan verib.
3) Ədəbi dilin inkişafı: Azərbaycan ədəbi dilinin zənginləşməsinə, publisistik üslubun formalaşmasına töhfələr verib.
4)Mədəniyyət və maarifçilik: Təhsilin, elmin, mədəniyyətin cəmiyyətdə yayılmasına, qadın hüquqları kimi mütərəqqi ideyaların təbliğinə xidmət edib.
Tam oxu
Xəbəri oxu