Cavid Qurbanov Kəlbəcər Şəhəri Gününə şeir həsr edib

25.11.2026

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Əslən Kəlbəcər rayonundan olan, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, uzun illər Kəlbəcərin Milli Məclisdəki təmsilçisi olmuş, eyni zamanda Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Cavid Qurbanov Kəlbəcər Şəhəri Günü münasibətilə şeir yazıb.

Doğma yurda, Kəlbəcərin təbiətinə, tarixinə və milli-mənəvi dəyərlərinə sevginin ifadə olunduğu şeirdə müəllif Vətənə bağlılığını poetik şəkildə ifadə edib.

Gununsesi.info Cavid Qurbanovun Kəlbəcər Şəhər Gününə həsr etdiyi şeiri təqdim edir.

Vətən

Babamın daş-divarı,
Çətiri bu torpaqdadır.
Nənəmin gül nəfəsi,
Ətri bu torpaqdadır.

Bu torpaqda mən varam,
Atamın nişanəsi.
Bu torpaqda anam var,
Balalar divanəsi.

Bu torpaqda övladlar,
Oğlum, qızım var mənim.
Bu torpaqda nəvələr,
Gözümü oxşar mənim.

Bura mənim Vətənim,
Doğma Azərbaycanım.
Bura mənim hər şeyim,
Şöhrətim, ruhum, canım.

Ondan əziz nə var ki?!
Ruhdu, candı, bədəndi.
Yox, hər şeydən yenə də,
Ən əzizi Vətəndi.

Cavid Qurbanov

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью