Cavid Tağıyev: Premyer Liqa və Birinci Liqa çempionatı arasında fərq böyükdür

05.12.2024

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

MOİK Azərbaycan Kubokunda mübarizəni 1/8 finalda dayandırıb. Birinci Liqa təmsilçisi bu mərhələdə "Sumqayıt"la dueldən məğlub ayrılıb (1:3).

MOİK-in futbolçusu Cavid Tağıyev Sport24.az-a açıqlamasında görüşlə bağlı fikirlərini bildirib:

"Məğlub olmağımıza baxmayaraq komandamız əzmkar və istəkli oyuna görə xoş sözlərə layiqdir. Həqiqətən yaxşı mübarizə apardıq. Qol epizodlarımız oldu. Əlavə vaxtda ani diqqətsizlikdən qol buraxdıq. Amma yenə də bu matç bütöv komanda üçün yaxşı təcrübə oldu. Premyer Liqa və Birinci Liqa çempionatı arasında fərq çox böyükdür".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью