Cavid Vəliyev: “Beynəlxalq münasibətlər sistemi ilə ədalətin təmin olunması tərs mütənasibdir”

04.03.2025

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

“Beynəlxalq münasibətlərdə ədalət axtarmağımızın əsas səbəbi İkinci Dünya müharibəsindən sonra ortaya çıxan düzənlə bağlıdır”.

Yenicag.az xəbər verir ki, bunu “Startcom Public Forum”da çıxış edən Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri, “Caucasus International” jurnalının baş redaktoru Cavid Vəliyev deyib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemi ilə ədalətin təmin olunması tərs mütənasibdir.

“Hətta biz özümüz belə 30 illik ədalətsizliyi özümüz bərpa etmək məcburiyyətində qaldıq. Beynəlxalq münasibətlərdə, əsasən, ədalətin təmin olunması deyildikdə münasibətlərin yaxşılaşdırılması nəzərə tutulur. Beynəlxalq münasibətlərdə ədalət axtarmağımızın əsas səbəbi İkinci Dünya müharibəsindən sonra ortaya çıxan nizamla bağlıdır. Lakin bu nizam artıq özünü itirmək üzrədir. Yeni nizamın formalaşması zəruridir. Bir sözlə, ədalət dedikdə, “yeni nizamı necə təmin etmək olar” sualını cavablamaq lazımdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью