Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kulis.az AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin elmi işçisi Hənifə Səlifovanın “Cavid Zeynallı hekayələrində sürrealist elementlər” yazısını təqdim edir.
Cavid Zeynallı müasir Azərbaycan ədəbiyyatının istedadlı yazarlarındandır.
“Günəşi gözləyənlər”, “Leyla”, “Şükriyyə”, “Həmin işıqlı günlər” kitablarının müəllifidir.
Cavid Zeynallının “Həmin işıqlı günlər” kitabında mövzu və mündəricə cəhətdən bir-birini tamamlayan hekayələri toplanmışdır.
Müəllif bu hekayələrdə zamanın, dövrün, cəmiyyətin problemlərinə işıq tutaraq onları ironik dillə tənqid edir.
Cavid Zeynallının nəsr dili, təhkiyəsi maraqlı və cazibəlidir.
Dili və üslubu etibarilə ənənəvi 60-cı illər nəsrinin və hətta Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev üslubunun davamı kimi diqqəti cəlb edir.