Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Şərqi Potomak parkındakı qolf meydançası çayın daşması nəticəsində ciddi zərər görüb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında məlumat verib.
Trampın sözlərinə görə, onun yenidən qurulmasına ehtiyac olduğunu düşündüyü qolf meydançası fırtına nəticəsində faktiki olaraq məhv olub. Prezident bildirib ki, sahilboyu ərazi qismən Potomak çayına uçub, yolun böyük hissəsi su altında qalıb və bütün ərazi daşqın nəticəsində yararsız vəziyyətə düşüb.
ABŞ lideri yaranmış vəziyyətlə bağlı məhkəmə hakiminə də münasibət bildirib. O, hakimin siyasi səbəblərlə qolf meydançasının yenidən qurulmasına mane olduğunu iddia edib və baş verənləri ironik şəkildə şərh edib.
Trampın sözlərinə görə, meydança artıq təhlükəli hesab olunur və istifadəyə yararsızdır. Daxili İşlər Nazirliyi ərazini bağlayaraq Vaşinqton dairəsinin hakimi Ana Reyesdən yenidənqurma layihəsinin dərhal həyata keçirilməsinə icazə verməsini istəyib.
Qeyd edək ki, daha əvvəl hakim Ana Reyes Tramp administrasiyasının yenidənqurma işləri aparmaq məqsədilə parkın ictimaiyyət üçün müvəqqəti bağlanması qərarını dayandırmışdı.