Çay istehsalında beş ölkə liderdir

08.01.2026

Icma.az bildirir, Reyting.az portalına istinadən.

Çay dünyada ən populyar içkilərdən biridir. "International Tea Committee" nəşrinin bu il üçün yaydığı hesabata görə, 2024-cü ildə qlobal çay istehsalı təxminən 7,05 milyon ton olub. Bu sahədə istehsalın təxminən yarısı Çinin payına düşüb ki, bu da 3,74 milyon ton çay deməkdir.

Reyting.az-ın məlumatına görə, hesbatda bildirilir ki, çay istehsalında Hindistan 1,28 milyon tonla ikinci, Keniya isə təxminən 0,6 milyon tonla üçüncü yerdədir.

İlk beşliyə düşən ölkələrin sırasına yer alan Türkiyənin dünya üzrə çay istehsalı payı 0,27 mln ton, Şri-Lankanın isə 0,26 mln ton olub.

Çay istehsalında lider ölkələr arasında Vyetnam, İndoneziya və Yaponiya da var.

Rusiya Federasiyası çay istehlakında ön sıralarda yer alsa da, istehsalda geri qalır. 2024-cü ildə ölkədə 113 min ton çay istehsal edilib ki, bunun da böyük hissəsi idxal yarpağının emalına aiddir. Əsas yığım bölgəsi olan Krasnodar diyarında isə cəmi 373 ton çay toplanıb.

Oqtay QORÇU


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью