Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28.01.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Soyuq qış günlərində çayın yanına ən çox yaraşan ləzzətlərdən biri də limon və zəncəfilin təravətli uyğunluğudur. Bu keksin ən böyük üstünlüyü həm tək bir qabda hazırlanıb qab-qacaq sayını azaltması, həm də pambıq kimi yumşaq teksturasıdır.

Milli.Az lazım olan ərzaqları təqdim edir:
3 ədəd yumurta

1 stəkan toz şəkər

1 stəkan süd

Yarım stəkan duru yağ

1 ədəd limonun suyu və qabığının rəndəsi

1 çay qaşığı təzə rəndələnmiş zəncəfil (və ya yarım çay qaşığı toz zəncəfil)

1 paket qabartma tozu

1 paket vanil

2.5 stəkan un

Hazırlanma qaydası:
Dərin bir qabda yumurtaları və toz şəkəri mikserlə rəngi ağarana və köpüklənənə qədər yaxşıca çırpın.

Südü, duru yağı, limon suyunu, limon qabığı rəndəsini və zəncəfili əlavə edib qarışdırmağa davam edin. Zəncəfil keksin həm ətrini artıracaq, həm də boğazı yumşaldan bir təsir verəcək.

Unu, qabartma tozunu və vanili ələkdən keçirərək maye qarışığa əlavə edin. Bu mərhələdə mikserin sürətini azaldın və ya bir spatula vasitəsilə eyni istiqamətdə qarışdıraraq yumurtanın köpüyünü söndürməməyə çalışın.

Keks qabını yağlayın və unlayın (və ya yağlı kağızdan istifadə edin). Xəmiri qaba tökün və əvvəlcədən 170-180°C dərəcə qızdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin. Keksin bişib-bişmədiyini bir diş çöpü (kürdan) vasitəsilə yoxlaya bilərsiniz.

İstifadə etdiyiniz bütün ərzaqların (xüsusilə süd və yumurtanın) otaq temperaturunda olmasına diqqət edin.

Limonun qabığını rəndələyərkən yalnız sarı hissəsini götürün; ağ hissəsi keksə acılıq verə bilər.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью