Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistanda 45 yaşlı kişi çaya yıxıldıqdan sonra timsahın hücumuna məruz qalaraq ölüb.
Redaktor.az xəbər verir ki, “The Times of India”nın məlumatına görə, hadisə Qucarat ştatının Vadodara şəhəri yaxınlığında baş verib.
Rançhod Rathod Vişvamitri çayının sahilində gəzərkən sürüşərək suya düşüb. Musson yağışları səbəbindən çayın səviyyəsi yüksəlib. Bu zaman timsah ona hücum edərək kişini suyun dərinliyinə aparıb.
Yerli sakinlər hadisədən sonra axtarışlara başlayıblar. Rathodun qalıqları həmin axşam çaydan tapılıb.
Vişvamitri çayında yüzlərlə timsah yaşayır. Bu səbəbdən yerli hakimiyyət xüsusilə yağışlı mövsümdə sakinləri çaydan uzaq durmağa çağırır.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Aytəkin TOFİQQIZI