Çayda batan gəncin meyiti tapıldı FOTO

17.06.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tovuz rayonunda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Ağdam rayon sakini İlham Şirinov Bakı şəhərindən Tovuz rayonunun Dondar Quşçu kəndində yaşayan qohumlarının evinə qonaq gəlib.
Son günlər yağan intensiv yağışlar səbəbindən Tovuz çayında suyun səviyyəsi yüksəlib, axının sürəti artıb. Bir müddət əvvəl çayda itkin düşən gəncin axtarışlarına aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Aparılan axtarış tədbirləri nəticəsində İlham Şirinovun meyiti çaydan tapılaraq çıxarılıb.
Hadisənin təfərrüatı Tovuz Rayon Prokurorluğunda araşdırılır.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью