Çayda batma təhlükəsi ilə üzləşən 23 yaşlı oğlan xilas edildi VİDEO

29.07.2026

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Qaralar kəndindən keçən hissəsində bir nəfərin çayda batma təhlükəsində olması barədə məlumat daxil olub.

Bu barədə AZXEBER.COM-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 2003-cü il təvəllüdlü İsmayıllı Ramin İmanqulu oğlu xilas edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью