Çayda çimən 22 yaşlı gəncin sonu faciəvi oldu

27.07.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Masallı rayonunda çayda çimərkən xəsarət alan Cəlilabad sakini xəstəxanada dünyasını dəyişib.

''Yeni Sabah'' xəbər verir ki, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisindən axan çayda baş verib.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Coşqun Şakir oğlu Quliyev çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır travma alıb. Bakıdakı xəstəxanalardan birində 10 gün ərzində müalicə olunmasına baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb. O, bu gün tibb müəssisəsində vəfat edib. Dördpendirli pizza

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью