Çayda çimən kişi timsahın qurbanı OLDU

30.07.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Hindistanda çayda çimən 52 yaşlı kişi duzlu su timsahının hücumundan sonra itkin düşüb.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, kişi çayda çimərkən timsahın hücumuna məruz qalıb. Timsah onu sudan sürükləyərək aparıb. Hadisədən sonra kişi itkin düşüb.

Xəbərdən sonra yanğınsöndürənlər əraziyə cəlb olunaraq axtarışlara başlayıblar. Axtarışların axşam saatlarına qədər davam etdiyi bildirilib.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью