Çayda çimmək istəyərkən qəfildən suda batdı

01.08.2025

Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.

Sitat.info xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Faiq Qurban oğlu Qurbanov çayda çimmək istəyərkən qəfildən suda batıb.

Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью