Çayda xəsarət alan gənc öldü

27.07.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Masallı rayonunda çayda çimərkən xəsarət alan Cəlilabad sakini xəstəxanada dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisindən axan çayda baş verib.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Coşqun Şakir oğlu Quliyev çimmək məqsədilə çaya tullanan zaman boyun nahiyəsindən ağır travma alıb. Bakıdakı xəstəxanalardan birində 10 gün ərzində müalicə olunmasına baxmayaraq, gəncin həyatını xilas etmək mümkün olmayıb. O, bu gün tibb müəssisəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью