Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Çox isti çay və qəhvə içmək qida borusu xərçəngi riskini artıra bilər.
Redaktor.az xəbər verir ki, epidemioloq Keren Papier çox isti içkilərin qida borusuna zərər verə biləcəyini bildirib.
Mütəxəssisin sözlərinə görə, 980 min insanın məlumatlarının araşdırılması nəticəsində isti içki qəbul edənlərdə qida borusu xərçəngi riskinin ilıq içki içənlərlə müqayisədə 1,7 dəfə çox olduğu müəyyənləşib. Çox isti çay və qəhvə içənlərdə isə risk təxminən 3 dəfə yüksək olub.
Papier bildirib ki, yüksək temperatur qida borusunu örtən hüceyrələrə zərər verə və mutasiya riskini artıra bilər.
Epidemioloq çay və qəhvəni içməzdən əvvəl bir qədər soyumasını gözləməyi tövsiyə edib. O, həmçinin xərçəng riskini azaltmaq üçün siqaretdən uzaq durmağın və spirtli içki qəbulunu azaltmağın vacib olduğunu qeyd edib.
Mütəxəssis əlavə edib ki, əvvəlki araşdırmalarda gündə 6 dəfədən çox isti içki qəbul edənlərdə xərçəng riskinin əhəmiyyətli dərəcədə artdığı müəyyən edilib. Hazırda isə zərərli ola biləcək dəqiq temperaturun müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Aytəkin TOFİQQIZI