Çayı nə ilə içmək olmaz?

16.10.2026

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

İstənilən çayı limon və ya mürəbbə ilə içmək olar, amma digər hallarda qarışımlar ziyanlı ola bilər.

Bunu rusiyalı dietoloq Yelena Solomatina deyib.

O bildirib ki, çayın tərkibində antioksidantlar mövcuddur və bu, ürək-damar sisteminə, görmə qabiliyyətinə müsbət təsir göstərir, eləcə də bəzi şişlərin yaranmasına mane olur.

Qeyd olunur ki, çayı südlə çox içmək məsləhət görülmür. Süd çayın tərkibindən faydalı antioksidantları neytrallaşdırır və nəticədə mədədə qıcqırma yarana bilər.

Bundan başqa, çaya bal qatmaq da məsləhət görülmür. Bu prosesin orqanizmə ziyanı olmasa da, heç bir xeyri yoxdur./milli.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью