Çayın ürəyə faydası təkcə növündən asılı deyil AÇIQLAMA

17.11.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Araşdırmaya görə müntəzəm çay içən insanlarda müəyyən xəstəliklərin yaranma riski təxminən 11 faiz aşağı olub.

Müntəzəm çay içmək ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqəli ola bilər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxcəssislər  çayın növü ilə yanaşı, onun dəmlənmə dərəcəsi və hansı temperaturda içilməsinin  də mühüm rol oynadığını bildirir. 

Çinli alimlər orta hesabla doqquz il ərzində müşahidə edilən 485 934 yetkin şəxsin məlumatlarını təhlil ediblər.

Bu müddətdə ürək, ağciyər, qan damarları və qan dövranı ilə bağlı digər pozuntular üzrə 14 863 xəstəlik halı qeydə alınıb.

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, müntəzəm çay istehlakı damar xəstəlikləri riskinin daha aşağı olması ilə əlaqəlidir. Lakin bu əlaqə çayın necə və nə qədər içilməsindən asılı olaraq dəyişir.

Araşdırmanın nəticələrinə əsasən, müntəzəm çay içən insanlarda müvafiq xəstəliklərin yaranma riski çayı müntəzəm qəbul etməyənlərlə müqayisədə təxminən 11 faiz aşağı olub.

Ən müsbət göstəricilər isə müntəzəm çay içən, siqaret çəkməyən və fiziki cəhətdən aktiv həyat tərzi keçirən insanlarda qeydə alınıb.

Qara çay, yoxsa yaşıl çay – hansı daha faydalıdır?

Tədqiqatçılar müəyyən ediblər ki, qara çayın istehlakı yaşıl çayla müqayisədə sağlamlıq üçün müsbət göstəricilərlə daha sabit əlaqə nümayiş etdirib.

Ən aşağı hesablanmış xəstəlik riski isə gündə təxminən altı-səkkiz fincan çay içən insanlar arasında müşahidə olunub.

Bununla belə, alimlər çayın temperaturuna da xüsusi diqqət yetiriblər.

Araşdırma zamanı isti çay içməyin damar xəstəlikləri riskinin artması ilə əlaqəli olduğu müəyyən edilib.

Lakin tədqiqat yüksək temperaturun birbaşa olaraq bu risk artımına səbəb olduğunu sübut etmir.

Alimlər vurğulayırlar ki, çay sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin təkbaşına ürək-damar xəstəliklərindən qorunmağa zəmanət vermir.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью