Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Xidmətdən Ölkə.az-a bildirilib ki, oktyabrın 20-də Azərbaycanın, əsasən, dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.