Çayların həcmində artım davam edir

17.04.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Avtomat hidroloji stansiyaların aprelin 17-si saat 10:00-a olan məlumatına əsasən, çayların həcmində artım davam edir.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156 sm, Əyriçayda 14 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15 sm, Əsrikçayda 7 sm, Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 14 sm, Zabuxçay və Quruçayda 12 sm, Köndələnçayda 5 sm, Tutqunçay və Həkəriçayda 4 sm, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayda 10 sm artım qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью