Cazibə Halit Ergençin partnyoru oldu

18.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyəli məşhur aktyor Halit Ergençin yeni serialındakı daha bir partnyoru bəlli olub.

"Cebheinfo.az" xəbər verir ki, məşhur aktrisa Aslıhan Gürbüz də "Kral Kaybederse" serialında rol alacaq.

O, ekran işində Halit Ergençin canlandıracağı "Kənan" obrazının həyat yoldaşı "Handan"a həyat verəcək. 

Ekran işinin digər baş rol aktrisası isə Merve Dizdar olacaq. Sözügedən serial tezliklə "Star" telekanalında yayımlanmağa başlayacaq. 

Qeyd edək ki, bir çox layihədə rol alan Aslıhan Gürbüz ölkəmizdə daha çox "Yahşi Cazibe" serialında oynadığı azərbaycanlı "Cazibə" obrazı ilə tanınır.

Elmir
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью