CBC Sport un Youtube kanalında problem yarandı AÇIQLAMA

29.01.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"CBC Sport"un "Youtube" kanalında problem yaranıb. Belə ki, platformadakı səhifədə canlı yayımlar dayanıb. Artıq iki gündür kanalda yayımlanan oyunlara və canlı verilişlərə "Youtube"də baxmaq olmur. 

Kanalın baş redaktoru Şəmsəddin Abbasov Fanat.Az-a açıqlamasında problemə aydınlıq gətirib:

"Doğrudur, "Youtube" üzərindən canlı yayımlara məcburi fasilə vermişik. Səbəb texniki problemdir. Kanal müvəqqəti bloklanıb. Danışıq aparırıq, yaxın bir həftə ərzində açılacağına ümid edirik. Əslində, "Youtube"-də böyük uğur əldə etmişik. Aktiv izləyici sayına görə ilk "10-luq"dayıq. Abunəçi sayımız 500 minə çatır. Platforma üzərindən 3 kanalımız var, hazırda 2-si fəaliyyətdədir".     

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью