Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Bakı, 9 yanvar, AZƏRTAC CBC telekanalının “Vəd edilmiş torpaq.
Yaşamaq uğrunda mübarizə” sənədli filmi FEEDBACK beynəlxalq sənədli filmlər festivalında “Ən yaxşı sənədli film” və “Ən yaxşı qadın ssenarist” nominasiyalarında seçim mərhələsini uğurla keçib.
AZƏRTAC xəbər verir ki, “Vəd edilmiş torpaq. Yaşamaq uğrunda mübarizə” sənədli filmi 2023-cü ilin oktyabrında Yaxın Şərqdə baş vermiş faciəv
Filmin ssenari müəllifi və prodüseri, jurnalist Elmira Musazadə baş verənlərə aydınlıq gətirmək üçün İsrailə, Kibbutz Beeriyə gedir.
Film israillilərlə fələstinlilər arasında köklü münaqişəni araşdırır, onilliklər boyu davam edən siyasi parçalanmaların və həll olunmamış tarixi problemlərin yaratdığı bəşəri faciələri üzə çıxarır.
Müəlliflər cəbhə xəttində yaşayan insanların şəxsi hekayələrini işıqlandırır, eləcə də sülhə olan ümidlərdən danışırlar.“Bu film sadəcə hadisələrin xronikası deyil, həm də insanların dözümlülüyünü, onların arzularını və sülh arzusunu xatırladır.
İstəyirik ki, tamaşaçılar xəbər başlıqlarının arxasında ümidsizlik həddində yaşayan, lakin hələ də sülhə inanan insanların hisslərini, ümidlərini və arzularını görsünlər”, - deyə filmin rejissoru Vüqar Xəlilov qeyd edir.
Ssenarist və prodüser Elmira Musazadə əlavə edir: “Biz istəyirik ki, tamaşaçılar hər hekayənin arxasında təkcə statistika deyil, canlı insan görsünlər.