CBS News jurnalisti: Dmitriev və Witkoff aprelin 2 də Ağ Evdə görüşəcək

02.04.2025

Icma.az bildirir, Dogru.az portalına istinadən.

CBS News-un jurnalisti Sarah Kuk mənbələrə istinadən xəbər verir ki, aprelin 2-də Ağ Evdə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff arasında görüş keçiriləcək.

Bu barədə o, X sosial şəbəkəsində yazıb .

“Stiv Vitkoff bu gün Ağ Evdə rusiyalı yüksək səviyyəli danışıqlarçı Kirill Dmitriyevlə görüşəcək”, – nəşr yazır

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və BMT-yə Ukraynanın 30 günlük atəşkəs dövründə hücum etdiyi hədəflərin siyahısını verib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью