CBS: Nyu Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

23.05.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 23 may, AZƏRTAC

ABŞ-nin Nyu-York şəhərində yerləşən gəmiqayırma zavodunda yanğın və partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə CBS şəhərin yanğınsöndürmə idarəsinə istinadla məlumat yayıb.

Hadisə nəticəsində 16 nəfər xəsarət alıb. Yaralananlardan üç nəfərin vəziyyətinin ağır olduğu və onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Partlayışın səbəblərinin araşdırılması məqsədilə hadisə yerinə təhlükəli materiallar üzrə mütəxəssislər və Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları cəlb olunublar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью