Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-da keçirilən ictimai rəy sorğusu göstərir ki, əhalinin böyük əksəriyyəti ABŞ-İran müharibəsinin Donald Tramp administrasiyasının gözlədiyindən daha mürəkkəb keçdiyini düşünür.
Turkustan.az xəbər verir ki, CBS News və YouGov-un 22–24 iyul tarixlərində keçirdiyi sorğuda iştirakçılardan ABŞ-ın İrana qarşı siyasəti ilə bağlı fikirləri öyrənilib.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 57 faizi İranla münaqişədən "yorulduğunu", 58 faizi vəziyyəti "qeyri-müəyyən" qiymətləndirdiyini, 36 faizi "pessimist", 19 faizi isə "nikbin" olduğunu bildirib.
İştirakçıların 76 faizi ABŞ ilə İran arasında davam edən müharibənin Tramp administrasiyasının gözlədiyindən daha çətin olduğunu düşünür. Respondentlərin 20 faizi münaqişənin gözlənildiyi kimi davam etdiyini, 4 faizi isə prosesin gözləniləndən daha asan getdiyini qeyd edib.
Sorğu həmçinin göstərib ki, respondentlərin 40 faizi ABŞ-ın müharibədə üstün mövqedə olduğunu hesab edir. İştirakçıların 38 faizi tərəflərdən heç birinin üstünlüyə malik olmadığını, 22 faizi isə İranın üstün mövqedə olduğunu düşündüyünü bildirib.
Aytən Yaşar/ Turkustan.az