Cəbəllütariq Azərbaycan oyununa hakim təyinatları açıqlanıb

16.11.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 18-də keçiriləcək Cəbəllütariq (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

18 noyabr

Baş hakim: Andrei Çivulete

Baş hakimin köməkçiləri: Radu Ginkuleaç, Mixayta Nekula

Dördüncü hakim: George Katalin Roman

Görüş Bakı vaxtı ilə saat 22:00-da “Europa Point” stadionunda təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью