Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İspaniya ilə Böyük Britaniyanın dənizaşırı ərazisi olan Cəbəllütariq arasında sərhəd nəzarəti ləğv edilib.
XQ xəbər verir ki, gecə yarısından qüvvəyə minən yeni razılaşma nəticəsində tərəflər arasında 100 ildən artıqdır mövcud olan sərhəd yoxlamaları dayandırılıb və 1908-ci ildə inşa edilmiş metal hasarın sökülməsinə başlanılıb. Yeni qaydalara əsasən, bundan sonra Cəbəllütariqə giriş zamanı Şengen rejimi tətbiq olunacaq.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bu addımı tarixi hadisə adlandıraraq, üç əsrdən sonra tərəflərin qarşılıqlı anlaşmaya nail olduğunu vurğulayıb.
Qeyd edək ki, hər gün 15 mindən çox insan İspaniyadan Cəbəllütariqə əsasən işləmək məqsədilə keçid edir və yeni tənzimləmə sərhəddə saatlarla davam edən gözləmə növbələrini tamamilə aradan qaldıracaq. Buna baxmayaraq, Madrid və London arasında Cəbəllütariqin suverenliyi ilə bağlı uzun illərdir davam edən fundamental mübahisə hələ də həll olunmamış qalır.