Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. Redaksiya siyasəti və peşə etikası qaydaları Həqiqətə hörmət və cəmiyyətin məlumat alm
Jurnalist hansı media subyektində çalışmasından asılı olmayaraq, ictimai məsuliyyət daşıyır.
Ümumi prinsiplər Media subyekti fəaliyyətində aşağıdakı prinsipləri rəhbər tutur: – redaksiya obyektivlik, dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsiplərinə sadiq qalmalıdır; – məlumat dəqiqləşdirilmədən və ya düzgünlüyünə əmin olunmadan təqdim edilməməlidir; – faktların və hadisələrin təqdimatında birtərəflilik olmamalıdır; – böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir; – dövlət dilinin normalarına riayət edilməlidir; – jurnalist materiallarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməlidir; – redaksiya siyasəti heç bir halda dövlətçiliyə, cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd ola bilməz; – vətəndaş hüquqları, həmrəylik, demokratiya, bərabər imkanlar ilə bağlı məsələlərə həssas yanaşılmalıdır; – redaksiya milli və ictimai maraqların qorunmasında maraqlı olmalı, insanların dini inanclarına, heysiyyatına toxunacaq məzmuna yol verməməlidir; – dövlət rəmzlərinə hörmətlə yanaşılmalıdır; – terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi, dini, cinsi ayrı-seçkiliyin təbliğinə yol verilməməlidir; – sağlamlığın və ətraf mühitin qorunmasına zidd hərəkətlər təbliğ olunmamalıdır; – məlumat azadlığına, şəffaflığına, obyektivliyinə, qərəzsizliyinə, ədalətliliyinə və plüralizmə xələl gətirilməməlidir; – materiallar dəqiq və mümkün qədər müxtəlif baxış bucaqları diqqətə alınmaqla təqdim olunmalıdır; – jurnalist üzərinə düşən maarifçilik missiyasını unutmamalı, fəaliyyətində bu xətti inkişaf etdirməlidir; – faktların doğruluğuna əsaslanmaqla hadisələrə münasibətdə sağlam tənqidi düşüncə əsas götürülməlidir; – zorakılıq, cinayət və s.
bu kimi insanların təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə yol verilməməli və təsirinə düşülməməlidir; – əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmamalıdır; – uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblər əsas götürülməlidir; – uşağa qarşı cinsi xarakter daşıyan cinayətlə bağlı məlumatda uşağın şəxsiyyəti, kimliyi gizli saxlanılmalıdır; – mövzu ilə birbaşa əlaqəli deyilsə, insanların irqi, rəngi, dini, cinsi oriyentasiyası, fiziki, ruhi xəstəliyi və ya əlilliyi ilə bağlı təfərrüatlar nümayiş etdirilməməlidir; – zəruri hallarda yayılan materiallarda müvafiq yaş məhdudiyyətləri indikatorları tətbiq edilməlidir; – parapsixologiya, mövhumatçılıq və xürafatın təbliğinə yol verilməməlidir; – intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalı, mövzuya xüsusi həssas yanaşılmalıdır; – jurnalist cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prezumpsiyası hüququna hörmətlə yanaşmalıdır.
Xəbər və şərh – xəbər və şərh fərqləndirilməli, mənbəyi aydın təqdim olunmalıdır; – jurnalist öz şərhində peşə davranış qaydalarının və jurnalistikanın təməl prinsiplərindən kənara çıxmamalıdır; – redaksiya kənar müəllif materialı təqdim edərkən materialın sonunda “müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər” formasında qeyd verməlidir; – jurnalist sitat gətirdiyi fikri təhrif etməməlidir; – reklam materialları redaksiya və müəllif materiallarından fərqləndirilməli və bunun reklam olduğu xüsusi qeyd edilməlidir; – redaksiya tapşırığı qanunlara və peşə etikasına zidd olduqda, jurnalist həmin tapşırığın icrasından imtina edə bilər; – redaktə zamanı jurnalistin fikirləri təhrif olunubsa, o, həmin materialın müəllifliyindən imtina edə bilər.
Xəbər mənbələri ilə iş – şəffaf, mötəbər, dəqiq mənbələrlə işləməyə üstünlük verilməlidir; – mənbə işinə və ya bilavasitə özünə ziyan vura biləcəyi səbəbiylə özü haqda məlumatın verilməsini istəmədiyi halda, gizli saxlanılmalıdır; – redaktorlar müxbirlərlə yanaşı, gizli mənbələri qiymətləndirmək məqsədilə onlar barədə məlumata sahib olmalıdırlar.
Mənbə tam gizli qalmaq istədiyi halda, verilən məlumat yalnız ictimai maraq kəsb edəcəyi təqdirdə və digər alternativ mənbələr tərəfindən təsdiq edilərsə, yayımlana bilər; – faktoloji məlumatlar ən azı iki fərqli və bir-birindən asılı olmayan mənbələrdən dəqiqləşdirilməlidir; – gizli mənbə yalnız məhkəmənin tələbi ilə açıqlana bilər; – mənbələrə qarşı ədalətli davranılmalı, açıqlamalar kontekstdən çıxarılmamalıdır.
Təkzib və düzəliş Audiovizual və rəqəmsal platformalarda, çap mediasında redaksiyanın məhsulu kimi yayılmış materiallarda səhvlərin düzəldilməsində məqsəd çevik reaksiyanın verilməsi və mümkün qədər aydın, operativ şəkildə səhv və düzgün olanı izah etməkdir.